top of page
İmza Atan Takım Elbiseli Adam

Məcidzadə Niyaməddin Cəlil oğlu

"NN Construction" MMC-nin Direktoru

Phone:

Email:

Address:

Bərdə şəhəri

Rəhbərlik haqqında

Məcidzadə Niyaməddin Cəlil oğlu 1990-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur.Təhsil həyatını 1996-cı ildə Bərdə rayonu Rafiq Orucov adına Saatlı kənd orta məktəbində başlamışdır.2007-ci ildə tam orta məktəbi bitirmişdir.Həmin ildə Azərbaycan Memarlıq və İnşaat Üniverstetinin Yol hərkətini təşkili və təmiri fakultəsinə daxil olmuşdur.

2011-ci ildə həmin fakultənin Yol hərəkətinin təşkili və təmiri ixtisası üzrə bakalavır səviyyəsini bitirmişdir.

 

Həmin ildən mühəndis olaraq iş fəaliyyətinə başlamışdır. 2019-cu ilə qədər müxtəlif şirkətlərdə mühəndis,aparıcı mühəndis,sahə rəisi,şöbə müdiri,layihə rəhbəri vəzifəzifəsində müvəffəqqiyyətlə çalışmışdır.

Qazanılmış təcrübələrinə və öz bacarığına əsasən 2019-cu ildə "NN Construction" MMC-ni təsis etmışdir.

Şirkət yarandığı müddətdən Məcidzadə Niyamməddin Cəlil oğlunun rəhbərliyi altında,təcrübəli və peşakar mütəxəssis heyyəti ilə yüksək səviyyəli,dövlət əhəmiyyəti layihələrin icrasını həyata keçirməkdədir.

 

Ailəlidir və iki övladı vardır.

Təsisçinin müraciəti
 

Dövlətimizin uğurlu idarəetmə prinsiplərinin nəticəsi olaraq bu gün Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan dünyanın inkişaf edən ölkələri sırasındadır. Düşünürəm ki,  hər bir Azərbaycan vətəndaşı, hər bir yerli şirkət ölkəmizin bu uğurlu inkişaf yoluna öz töhfəsini verməlidir. 

2020-ci il sentyabrın 27-də cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə dövlətimizin Qarabağın azadlığı uğrunda başladığı Vətən Müharibəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnməsi də Azərbaycanın inkişafı üçün yeni bir dövr açmış oldu. Artıq Azərbaycan daha iri və daha inamlı addımlarla yalnız yüksələn xətt üzrə addımlamaq yolundadır. 

     

Biz də “NN Construction” ailəsi olaraq fəaliyyət göstərdiyimiz hər bir istiqamət üzrə ilk olaraq dövlətçilik prinsiplərimizə sədaqətimizi, ölkəmizin işıqlı və firavan gələcəyinə qatqı verə bilmək məqsədlərimizi əsas götürürük.


“ NN Construction ” MMC şirkəti olaraq inkişafımız üçün cəlb etdiyimiz potensial kadrlarla birlikdə hədəflərimizə yönəlmiş fəaliyyətimizi uğurla davam etdiririk.





Məcidzadə Niyaməddin Cəlil oğlu
 

 info@nnconstruction.az                                                                     © 2022 by RAN

bottom of page